Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə üç qarşılaşma keçiriləcək.
İlk oyun Lənkəranda keçiriləcək. AZAL “Xəzər Lənkəran”ın qonağı olacaq.
Məhz bu tur “Qarabağ” çempionluğunu rəsmiləşdirə bilər. Ağdam təmsilçisi öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Qurban Qurbanovun komandası qələbə qazanmaqla ardıcıl ikinci mövsüm qızıl medallara sahib ola bilər.
Bunun üçün “Qarabağ”ın ən yaxın izləyicisi “İnter” “Qəbələ” ilə oyunda xal itirməlidir. “Qəbələ” – “İnter” matçı turun mərkəzi qarlışması hesab olunur.
16 may (şənbə)
Azərbaycan Premyer Liqası, 34-cü tur
18:00. “Xəzər Lənkəran” – AZAL 1-0
Qol? Rahid Əmirquliyev, 82
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov
"Xəzər Lənkəran" mərkəzi stadionu.
20:00. “Qəbələ” – “İnter” 1:1
Qol: Gay, 6, Məmmədov, 27
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev
Qəbələ şəhər stadionu.
20:00. “Qarabağ” – “Sumqayıt” 1:0
Qol: Corc, 35
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov
Bakı. 8-ci km qəsəbə stadionu.
15 may (cümə)
“Simurq” – “Bakı” - 4:0
Qollar: Draqan Çeran, 28 (1:0), İdan Vaytsman, 37 (2:0), Draqan Çeran, 80 (3:0), Rəşad Eyubov, 84 (4:0)
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu.
Turnir cədvəli