Mirhüseyn Seyidov yeni klubu bəlli oldu

“Neftçi”nin əvvəlcə əvəzedici komandaya göndərib, transferə çıxardığı, sonra isə qarşılıqlı razılaşma əsasında müqaviləsi ləğv olunan keçmiş futbolçusu Mirhüseyn Seyidov artıq özünə yeni klub tapıb. 

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi gələn mövsüm elitada oynaması dəqiqləşmiş “Zirə” ilə anlaşmaq üzrədi.

Seyidov çox böyük ehtimalla növbəti mövsümdən Premyer Liqanın debütantının formasını geyinəcək.

apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right