Qəbələ” medallarına qovuşdu

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-17 Liqa”nın 2014-2015-ci il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, mükafatları AFFA-nın İcrayyə komitəsinin üzvü Vaqif Sadıqov, futbol veteranı Rüstəm Rəhimov, AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin rəisi Cavid Qarayev, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev təqdim ediblər.

“Qəbələ” komandasının çempion olduğu, “Neftçi”nin ikinci, “Bakı”nın isə III yeri tutduğu 2014-2015-ci il mövsümündə “Bakcell U-17 Liqa”da 12 komanda, 314 oyunçu, 26 məşqçi qeydiyyatdan keçib. 2014-cü il sentyabrın 22-də start verilmiş mövsümə bu il  mayın 11-də yekun vurulub. 264 oyunda 473 qol qeydə alınıb.

Liqanın bombardiri 18 qolla “Qarabağ” komandasının hücumçusu Samir Mehdizadə olub. “Qəbələ” komandasının oyunçusu Hacıağa Hacıyev mövsümün ən yaxşı oyunçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right