Azərbaycan birinci divizionunda 17-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.
“Qarabağ”ın əvəzediciləri səfərdə “Keşlə″nin ikinci komandasına qalib gəlib. “Sumqayıt”ın əvəzediciləri isə MOİK-ə uduzub.
Bu gün keçirilməli olan “Turan Tovuz” – “Sabah-2” matçı güclü qara görə təxirə salınıb. Qarşılaşma sabah keçiriləcək.
12 mart
"Sumqayıt-2" – MOİK - 0:1
Qol: Əlibəy Məmmədli, 44.
Qırmızı vərəqə: Ramil Orucov, 80 ("Sumqayıt-2")
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)
"Keşlə-2" – "Qarabağ-2" -0:1
Qol: Nihad Quliyev, 73-pen.
Qırmızı vərəqə: Fərid Nadirov, 90+2 ("Keşlə-2")
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
“ASK Arena”