Cahangir Hacıyev nəzarət altında

İş adamlarının həbsi ölkə gündəminin əsas mövzularını arxa plana keçirib.

Newsport.az-ın məlumatına görə, bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur,amma hüquq-mühafizə orqanları hələ ki rəsmi məlumat yaymağa tələsmir. Həbslərin məhz dövlət bankına kredit borcuna görə aparılmasını iş adamları barədə yalnız məhkəmənin qərarı-dələduzluq maddəsi təsdiqləyir.

İddiaya görə, prezidentin etibarından istifadə edərək dövlətin pullarını müxtəlif adamlara verən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev istefa verən tarixdən, yəni martın 18-dən bəri “göz altındadır”. "İnter" və "Simurq"un sahibindən borclularla bağlı bütün məlumatlar alınıb, müqavilə sənədləri götürülüb və borcluların siyahısı tutulub. Xəbərlərə görə, C.Hacıyev “müdafiəsi”ni əvvəldən etibarlı qurub, belə ki, kimə nə qədər kredit verilməsi ilə bağlı ona  yüksək vəzifəlilərin etdiyi xahişləri (zamini) də fiksə edib. Ölkənin ən iri bankına 14 il rəhbərlik etmiş C.Hacıyev bank-maliyyə sektorunun önəmli simalarından biri olmaqla yanaşı, ölkə prezidenti İlham Əliyevin ən yaxın çevrəsinə daxil olan şəxs kimi tanınırdı. Onun prezidentin inamını tam itirdiyi, amma istintaqa kömək etməsi səbəbindən azadlıqda saxlanıldığı da iddialar arasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right