Yığmamız dünya birinciliyinə 3 boksçu ilə yollandı

Çin Xalq Respublikasının Taypey şəhərində mayın 14-dən 25-ə kimi boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək.

Newsport.az-ın məlumatına görə, yarışda 45 ölkənin 441 idmançısı mübarizə aparacaq.

Azərbaycan milli komandası məşqçi İlham Alimcanovun rəhbərliyi altında yarışda 3 boksçu ilə təmsil olunacaq. Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq) və Alina Hacıyeva (+81 kq) komandamıza medal qazandırmağa çalışacaqlar.

Qeyd edək ki, milli komandamızın hər 3 üzvü gənclərin yarışında gücünü sınayacaq. Gənclərin yarışında 247, yeniyetmələrdə isə 194 boksçu çıxış edəcək. İqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdən Əfqanıstan, Botsvana, Burundi, Qvatemala, Haiti, Kosovo, Nepal və Şri-Lanka boksçuları da dünya birinciliyinə qatılmaq imkanı əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right