"Milan"dan zəng gələndə dünyadakı bütün futbolçular xəyallar qurur"

"Milan"ın texniki direktoru Paolo Maldini klubdakı vəziyyətdən danışıb.

Newsport.az xəbər verir ki, 52 yaşlı rəhbər deyib:

"Artıq bir tarazlıq tapmışıq. "Milan" futbolçuların orta yaş səviyyəsini aşağı salıb. İndi İtaliyanın ən gənc komandası, Avropanın isə ən gənc komandalarından biriyik.

Oyunçuları gənc olduqlarına görə almamaq üçün diqqətli olmaq lazım idi. Gənclərə rəhbərlik edəcək daha təcrübəli oyunçularınız olmalıdır. Bunlar əsasdır.

İnanın, "Milan" səkkiz ildir ki,  Çempionlar Liqasına düşə bilmir. Amma biz dünyadakı bütün futbolçulara zəng etdikdə, onlar xəyallar qurmağa başlayır. Əlbəttə, gələcəyə baxırıq, amma keçmişə hörmət edilməlidir. Bu, vacibdir.

Adınız "Milan" olanda və bir oyunçu dəvət etdiyiniz zaman ... Biz dünyanın ən uğurlu üç klubundan biriyik. Bunu həmişə xatırlamalıyıq".

Qeyd edək ki, "Milan" hazırda A seriyasında 56 xalla 2-cidir. Komanda lider "İnter"dən 6 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right