"Turan Tovuz" da Premyer Liqaya gəlir

Ölkədə futbola cavabdeh şəxslərin "Zirə” və "Kəpəz”in Premyer Liqaya yüksəldilməsinə qərar verməsi məlumdur.

Newsport.az-ın məlumatına görə, daha bir klub da yeni mövsümdən əsas çempionatda mübarizə apara bilər. İş ondadır ki, "Turan Tovuz” klubuna "yuxarıdan” "hazırlaşın” tapşırığı verilib. "Turan Tovuz”un Premyer Liqada oynamasını ən çox istəyən isə millət vəkili Qənirə Paşayevadır. Verilən məlumatda bildirilir ki Qənirə Paşayeva lazımi adamlarla görüşərək "Turan Tovuz”un Premyer Liqada çıxış etməsinə çalışır.

Bununla bağlı klubun prezidenti Namiq Məstanovla əlaqə saxladıq. Məstanov isə sualımıza diplomatik cavab verdi: "Bununla bağlı bir söz deyə bilmərəm. Ancaq Qənirə xanım həmişə "Turan Tovuz”la maraqlanıb və lazım olan köməkliyi kluba göstərib”. (goal.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right