"Bakı"nın avtobusu qəzaya uğradı

"Bakı"nın avtobusu qəzaya uğrayıb.

Newsport.az-ın məlumatına görə, hadisə Premyer Liqanın 34-cü turu çərçivəsində "Simurq"la qarşılaşmaq üçün Zaqatalaya gedərkən baş verib.

Avtobusda paytaxt klubunun əvəzedici komandasının üzvləri yer alıbmış. Klubun vitse-prezidenti Yaşar Seyidovdan aldığımız məlumata görə, avtobus Şamaxı yaxınlığında qəzaya uğrayıb. Qəzada xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib. Bu üzdən də klub rəhbərliyi oyunçuları Zaqatalaya başqa maşınla yola salmalı olub.

Qəza hadisəsi ilə əlaqədar "Bakı" rəhbərliyi Peşəkar Futbol Liqasından "Simurq"la matçın təxirə salınmasını da xahiş edib. Lakin PFL rəhbərliyi "zolaqlılar"ın bu istəyi ilə razılaşmayıb. Komanda oyun saatına (matç bu gün saat 14:00-da start götürəcək) qədər Zaqatalaya çatmasa, "Bakı"ya texniki məğlubiyyət verilə bilər (azərisport.com).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right