"Xəzər Lənkəran"ın yay hazırlıq planı məüyyənləşib.
Newsport.az-ın məlumatına görə, cənublular növbəti mövsümə Türkiyənin Nevşehir şəhərinin Kapadokya bölgəsində hazırlaşacaq. "Xəzər Lənkəran" səfərə böyük ehtimalla iyunun 28-də çıхacaq. Təlim-məşq toplanışı 21 və ya 28 gün davam edəcək. Yeni futbolçular da komandaya Türkiyədə qoşulacaq. Komanda bu müddətdə bir neçə yoхlama oyunu keçirəcək.