Serxio Ramos: “İlk qoldan sona bacardığımızı düşünürdük"

Çempionlar Liqasının yarımfinal mərhələsində “Yuventus”a boyun əyən “Real”ın müdafiəçisi Serxio Ramos məğlubiyyəti şərh edib.

Newsport.az-ın məlumatına görə, Ramos finalı qaçırmaların belə dəyərləndirib:

“İlk qoldan sona bacardığımızı düşünürdük. Amma əldə etdiyin bu qədər qol imkanından yararlana bilməsən təbii ki, bunun cəzasında çəkməlisən. ÇL-da belə fürsətləri boşa versən mütləq kənarda qalacaqsan. “Yuventus” finala layiq idi”.

Yeri gəlmişkən, oyundan sonra İspaniya mətbuatında çıxan xəbərlərə görə, ÇL-da mübarizəni dayandıran, Kral Kubokunda uduzan və La Liqa çempionluğundan da uzaq qalan “Real”da mövsümün sonunda ciddi dəyişikliklər olacaq. Belə ki, ispanlar “Real”dan baş məşqçi Karlo Ançelotti, qapıçı İkel Kasilyas və hücumçu Kriştianu Ronaldonun gedəcəyin yazır.

Ronaldodan söz düşmüşkən, portuqaliyalı ÇL-da qol sayını 77-yə yüksəldətək bu göstəricidə lider olan Lionel Mesiyə çatdı.

 

“Yuventus” isə 12 sonra finala vəsiqə qazana bildi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right