Melodram janrında olan "Arzularin ardınca" filminin təqdimatı keçirilib.
Newsport.az-ın məlumatına görə, filmin rejissoru Ramil Ağasıyev, ssenari müəllifi isə tanınmış idman jurnalisti, hazırda “Neftçi”də çalışan Mehman Rəsulovdur. Nizami Kino Mərkəzndə baş tutan qala gecədə xeyli tanınmış sima iştirak edib.
Filmdə baş rolda aktyorlar Ziya Ağa, Zarina Qurbanova, Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn, Flora Hüseynova və başqaları çəkilib.