Prosineçki: "Avropa çempionatına vəsiqə qazanmağımız..."

"Futbolçu olduğum dövrdə həmişə qələbə qazanmağı istəyirdim. Bu gün baş məşqçi kimi daha çox uzaqgörən olmağa çalışıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis Fransa mətbuatına açıqlamasında komandamızdakı işindən və hədəflərindən danışıb:

"Artıq bir neçə aydır Azərbaycan yığmasında çalışıram, ailəmlə birgə Bakıda yaşayıram. İnanıram ki, Azərbaycan yığmasının böyük potensialı var və bu komandanı böyük uğurlar gözləyir. Burada yaxşı gələcək vəd edən çoxlu gənc futbolçu var. İnfrastruktur da yaxşı səviyyədədir. Avropa çempionatına vəsiqə qazanmağımız çox yaxşı olardı. Çünki qitə birinciliyinin bəzi oyunları Bakıda keçiriləcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right