Portuqaliya - Azərbaycan matçı neytral meydanda keçirilə bilər

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfərdə keçirməli olduğu matçın yeri dəyişdirilə bilər.

Newsport.az "Mundolusiada" nəşrinə istinadən xəbər verir ki, səbəb pireneylilərin aparıcı üzvlərinin qarşılaşmada iştirak edə bilməmə təhlükəsidir.

İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Çünki həmin oyunçular millinin düşərgəsindən qayıtdıqdan sonra karantinə alınacaqlar ki, bu da klubları razı salmır.

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası oyunun başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı martın 24-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right