"Xəzər Lənkəran" azarkeşi azadlıqda

Həbsdəki "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyev Şabran Rayon Məhkəməsinin qərarına əsasən azadlığa buraxılıb.

Newsport.az-ın məlumatına görə, bu haqda "Eliko lezginçik" ləqəbli fanat özü məlumat verdib:

"Bir saata yaxındı azadlığa çıxmışam. Hazırda evdəyəm. Səhhətimdə heç bir problem yoxdu. Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm".

Bundan əvvəl isə həbs olunan digər iki azarkeş Rəfail Əkbərov və Aqşin Əkbərov da eyni yolla azadlığa çıxmışdı. Elçin Abdullayev isə dövlət başçısı tərəfindən əfv olunmuşdu.

Adıçəkilən şəxslər 2013-cü ilin avqustun 25-də "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş vermiş insidentlə bağlı saxlanılmışdı. (futbolpress.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right