"Qəbələ"nin hazırlıq planı bəlli oldu: Türkiyə, yoxsa Avstriya?

“Qəbələ” klubunun ilk hazırlıq planına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın son turunda – mayın 28-də doğma meydanda “Bakı”nı qəbul edəcək əyalət klubu bu qarşılaşmadan sonra futbolçularını evə buraxacaq. 

Komanda yeni mövsüm üçün isə iyunun 8-də bir araya gələcək. Bu barədə isə saytımıza klubun marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verdi. Səməd bəy bildirdi ki, elə həmin gün də komanda xaricə təlim məşq toplanışına yola düşəcək və bu hazırlıq prosesi də iyunun 24-nə kimi davam edəcək.

Ancaq komandanın hansı ölkəyə təlim-məşq toplanışına gedəcəyi hələ bəlli deyil. Nəsibov buna belə aydınlıq gətirdi: “Hazırda iki variant var. Ya Türkiyənin Ərzurum şəhəri, ya da Avstriya. Ərzurumda hər cür şərait var, amma yoxlama oyunları keçirmək üçün problemlər var orada. Eləcə də Avstriyada. Çünki komandalar hazırlığa əsasən İyuldan başlayır. Biz sə daha tez başlayacağıq. Bu səbəbdən də, hansı variantda yoxlama oyunu keçirmək üçün rəiblərlə təmin olunsaq, o variantı seçəcəyik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right