Vəli Qasımov "Neftçi"nin futbolçularını qeyri-peşəkarlıqda günahlandırdı

"Neftçi"nin idman direktoru Vəli Qasımov "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində maraqlı fikirlər səsləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun rəsmisi futbolçuları qeyri-peşəkarlıqda ittiham edib:

"Komandamızın bəzi oyunçuları özlərini nə məşqdə, nə də intizam sarıdan peşəkarlar kimi aparır. Yəni, peşəkar futbolçuya yaraşmayan hallar baş verir.

Bundan əlavə maaaşlarını da alırlar. "İnter"ə 3 aydır maaş verilmədiyi halda, "Neftçi"nin futbolçuları bu yaxınlarda həm maaş, həm də mükafat aldılar. Amma məşqlərə diqqət yetirdikdə, bəzi futbolçuların tam qüvvə ilə çalışmadıqları görünür".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right