Son vaxtlar "Neftçi"nin uğursuz çıxışı rəhbərliyi yeni addımlar atmağa vadar edib.
Newsport.az-a daxil olan xəbərə görə,ciddi islahatlara başlayan “ağ-qaralar”, bir çox futbolçular kimi, baş məşqçi ilə də vidalaşacaq.Əsəsdovun yerinə Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Neftçi”yə gətirilir ."ağ-qaralara"a gələnərin siyahısı bununla bitmir. Belə ki, hal-hazırda "İnter"də yaranan maddi problemlər üzündən özünə yeni klub axtarmağı planlaşdıran Şahin Diniyevin oğlu Coşqun Diniyev də "Neftçi"də oynamağa çox yaxındır. Bir neçə aparıcı futbolçusunu transferə çıxaran "Neftçi"yə daha bir futbolçu gələ bilər ki,bu da Premyer Liqanın bombardiri Nurlan Novruzovdur.