"Kəpəz" Bakıya köçür: "Dalğa Arena"da oynayacaqlar

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Kəpəz" Bakıya köçür. 

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi elitadakı ev oyunlarını paytaxtda keçirəcək.

Artıq komandanın hansı stadiondan istifadə edəcəyi də müəyyənləşib. Qərb təmsilçisi rəqiblərini "Dalğa Arena"da qəbul edəcək.

Gəncə şəhər stadionu bərbad vəziyyətdə olduğundan "Kəpəz" müvəqqəti olaraq ev oyunlarını Mərdəkandakı arenada keçirəcək. Doğma stadionun təmiri başa çatdıqdan sonra isə komanda Gəncəyə qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right