Premyer Liqanın 34-cü turunda "Sumqayıt"ı qəbul edəcək "Qarabağ" oyuna ciddi itkilərlə çıxacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu vacib oyunda 2 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Belə ki, komandanın kapitanı Rəşad Sadıqov və makedoniyalı yarımmüdafiəçi Muarem Muarem qarşıdakı oyunu buraxmalı olacaqlar.
Buna səbəb hər iki oyunçunu "Xəzər Lənkəran"la görüşdə qırmızı vərəqə alıb cəzalı duruma düşmələridi.