“Çempionluğa inamımız var” – Elvin Məmmədov

“Həqiqətən çox yaxşı oyun oldu. Həm komandamı təbrik edirəm, həm də qol vurduğum üçün  özümü.  Biz əlimizdən gələni edirik ki, lider “Qarabağ”la  xal fərqini aradan qaldıraq”.

Bu sözləri 
Newsport.az-a açıqlamasında “İnter”in futbolçusu Elvin Məmmədov “Neftçi”yə qalib gəldikləri oyundan (4:0) sonra deyib.


Təcrübəli yarımmüdafiəçi  “Neftçi”yə bu hesabla qalib gələcəklərini gözləmədiyini bildirib: “Komanda şəklində yaxşı oyun göstərdik. Hesab oyuna görə oldu. Qol epizodunda topu qapıçının ayaqları arasından atmaq istədim sadəcə alınmadı. Ama əsas odur ki qol oldu”.

E.Məmmədov hələ çempionluqdan əllərini üzmədiklərini qeyd edib: “Çempionluq üçün “Qarabağ”ın xal itirməyi önəmli idi. Biz əlimizdən gəldiyi qədər çempionluq uğrunda mübarizə aparacağıq. Hələ ümidimizi itirməmişik. Çempionluğa inamımız var. “Qəbələ” ilə oyunumuzdan çox şey asılıdır”.

“İnter”də yaşanan maliyyə problemindən danışan futbolçu komandada qala biləcəyini vurğulayıb:“Həqiqətən bu acınacaqlı bir vəziyyətdir. Komandımız öz oyununu göstərir. Bu çətinlikləri biruzə vermirik. İkinci yerdə olan bir komandanın bu vəziyyətdə olmağı düzgün deyil. Ümid edirəm ki, bu vəziyyət düzələcək. Biz avrokuboklarda ölkəmizi təmsil edəcəyik. Mən oldum-olmadım əsas bu komandanın var olmasıdır. Əgər məni qane edən bir maaş olsa, təbiiki “İnter”də qalaram”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right