Kaxaber Sxadadze: "Bilmirəm sevinim, ya kədərlənim"

“Hamımız gözəl trillerin şahidi olduq. Oyunda hər şey var idi: gözəl qollar, penalti, qırmızı vərəqələr. Qırmızı vərəqə aldığımız epizoda kimi komanda çox gözəl, ağıllı oynayırdı. Qırmızı vərəqədən sonra artıq bir az ehtiyatlı oynadıq, daha çox əks-hücumlara bel bağladıq".  

Bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Neftçi"ylə oyundna sonra keçirilən mətbuat konfransında dyeib.

Bank klubunun çalışdırıcı komandanın düşdüyü maliyyə durumuna da toxunub:

"Hamı bilir ki, komandanın vəziyyəti necədir. Mən oyundan qabaq futbolçularımla söhbət etmişəm. Onlar peşəkardırlar. Biz ölkə üçün, ailəmiz üçün çalışmalıyıq. İndiki durum məndə anlaşılmaz hisslər yaradır. Bilmirəm sevinim, ya kədərlənim. Ümüdvaram, vəziyyət yaxşılığa doğru dəyişəcək". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right