Arif Əsədovdan "Neftçi" fanatlarına: "İstefa səsləyənlər bizi alqışlayacaqlar"

"Neftçi"nin baş məşqçisi Arif Əsədov "İnter" rüsvayçılığını şərh edib.

Çalışdırıcı matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Son vaxtlar heyətlə bağlı problemlərimiz var idi. Biz məcbur olduq gənc futbolçularımıza güvənək. Digər baxımdan çempionata motivasiyanın da olmamasıdır. Futbolçuların əsas diqqəti kuboka yönəlib. Hal-hazırda məqsədimiz zədələrdən qurtulmaq və kuboka yaxşı hazırlaşmaqdır. Finalda tam başqa "Neftçi"ni görəcəksiz. Qaldı ki,  azarkeşlərin etirazına, onları başa düşürəm. Belə hallara İspaniya, İngiltərə kimi ölkələrdə də rast gəlinir. Amma vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar. Mən komandama inanıram. Düşünürəm ki, problemləri aradan qaldırıb, kubokda istədiyimiz nəticəni qazanacağıq”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right