"Yaxşı ki, Ruslan Tağızadə qırmızı vərəqəni gec aldı"-Qriqorçuk

Bu gün Topaz Premyer Liqasında 33-cü tura start verilib.
 
Newsport.az-ın məlumatına görə, "Qəbələ" səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

"Kapital Bank Arena"dakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qalibiyyəti belə şərh edib:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Sumqayıtda süni örtüklü meydançada oynamaq ağırdı. Əvvəlki oyunlarla müqayisədə, baxımlı futbol sərgiləyə bilmədik. Amma ümumi götürsək, çox da ideal olmayan meydançadakı oyunu qalib başa vurduğumuza görə şadam. Elvin Camalovu meydançadan çıxarmağımın səbəbi sarı vərəqə alması idi. Düşündüm ki, gənc oyunçu digər epizodlarda ehtiyat eləməz, passivində sarı vərəqəsi olduğunu unudar. Yaxşı ki, onun yerinə meydançaya daxil olan Ruslan Tağızadə qırmızı vərəqəni daha tez yox, bir qədər gec aldı. Bu isə sözsüz ki, heç də yaxşı məqam deyil”. 

(pfl.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right