Yunis Hüseynov yenidən “Xəzər Lənkəran” klubunun baş məşqçisi təyin olunub.
Newsport.az-ın xəbərinə görə, bu gün Premyer Liqada “Qarabağ”la oyuna Cənub təmsilçisini baş məşqçi qismində Y.Hüseynov çıxaracaq.
Qeyd edək ki, artıq Peşəkar Futbol Liqasının saytında yerləşdirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyunun rəsmi protokolunda Y.Hüseynov baş məşqçi kimi göstərilib.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Qol.Az-a bildirib ki, Elbrus Məmmədovun məşqçilik lisenziyasının vaxtı bitdiyi üçün Y.Hüseynov 4 oyunluq - bu mövsümün sonuna kimi baş məşqçi təyin olunub.