UEFA-nın məşqçilərimiz üçün imtahanı yekunlaşdı

Mayın 4-dən etibarən AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun imtahanlar mərhələsi başa çatıb.

Newsport.az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, kurslarda AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, "Bakı"nın məşqçisi Novruz Əzimov, "Qəbələ"nin sabiq çalışdırıcısı Fatih Kavlak, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev və başqaları iştirak ediblər.

Xatırladaq ki, kursa UEFA-dan dəvət olunmuş isveçrəli mütəxəssislər Dani Rayser və Fritz Şmid, həmçinin Almaniya təmsilçisi Erix Rütemöller rəhbərlik ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right