Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 33-cü tura start verilib.
Newsport.az-ın məlumatına görə, "Neftçi" səfərdə "İnter"lə qarşılaşıb. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Xəzər Lənkəran" doğma meydanda "Qarabağ"la üz-üzə gəlib və uduzub - 2:3.
Turun digər matçında "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Qarşılaşma "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
7 may
Əvəzedicilərin çempionatı, 33-cü tur
“Sumqayıt” - “Qəbələ” - 1:2
Qollar: Elmin Ağayev, 7 (1:0), Elnur Mustafazadə, 49 (1:1), Ramil Həsənov, 60 (1:2)
“Xəzər Lənkəran” - “Qarabağ” - 2:3
Qollar: Elvin Turabov, 40 (0:1), Fuad Kərimli, 46 (0:2), İlham Mirzəyev, 55 (0:3), Zaman Mirzəzadə, 65 (1:3), Hüseyn Xəlilzadə, 90+4 (2:3)
“İnter” - “Neftçi” - 1:3
Qollar: Cavid Muxtarzadə, 6 (0:1), Mirabdulla Abbasov, 58 (0:2), Dieqo Madriqal, 75 (1:2), Fəhmin Muradbəyli, 89-pen (1:3)
Turnir cədvəli
Bombardirlər
Oruc Balaşlı ("Simurq") - 21 qol
Cavid Muxtarzadə ("Neftçi") - 17 qol
Raul Yaqubzadə ("Bakı") - 15 qol
Mirsahib Abbasov ("İnter") - 13 qol
Mirabdulla Abbasov ("Neftçi") - 13 qol
Nicat Muxtarov ("Simurq") - 10 qol
Fuad Məmmədzadə ("Qarabağ") - 8 qol
İlkin Sadıqov ("İnter") - 8 qol
Azər Salahlı ("İnter") - 8 qol