Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Ardıcıl doqquz oyundur məğlub olmayan "Qəbələ" bu tur Sumqayıta səfər edəcək. Son turda "Neftçi" ilə 2:2 bərabərə qalan "Sumqayıt" "Qəbələ" ilə dueldən də xalla ayrılmağa çalışacaq. Oyun saat 18:00-da başlayacaq.
Premyer Liqanın lideri "Qarabağ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Ağdam təmsilçisi bu görüşdə qalib gəlməklə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirə bilər. Lakin bunun üçün "Qarabağ"ın turnir cədvəlində ən yaxın izləyicisi "İnter" "Neftçi" ilə oyunda xal itirməlidir. Bu matçın start fiti saat 18:00-da veriləcək.
Turun mərkəzi qarşılaşması paytaxtda keçiriləcək. "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gələcək. Çempionluq uğrunda mübarizə aparan Kaxaber Sxadadzenin komandası bu görüşdə mütləq qələbə qazanmalıdır. Əks təqdirdə "Qarabağ" "Xəzər Lənkəran"a qalib gəlməklə çempionluğunu rəsmiləşdirəcək. "Neftçi" də üçüncü pillədəki mövqeyini qorumaq üçün bu görüşdə qələbə qazanmağa çalışacaq.
Qeyd edək ki, Premyer Liqada 33-cü tura sabah keçiriləcək "Bakı" - AZAL oyunu ilə yekun vurulacaq.
8 may (cümə)
Azərbaycan Premyer Liqası, 33-cü tur
20:00. “İnter” – “Neftçi” - 4:0
Qollar: Baçana Sxadadze, 45 (1:0), Derlis Meza Kolli, 49 (2:0), Baçana Sxadadze, 56 (3:0), Elvin Məmmədov, 90+1 (4:0)
Qırmızı vərəqələr: Səlahət Ağayev, 65 ("İnter"), Mirhüseyn Seyidov, 89 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev
“İnter Arena”.
18:00. “Xəzər Lənkəran” – “Qarabağ” - 1:1
Qollar: Ağabala Ramazanov, 78 (1:0), Leroy Corc, 80 (1:1)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov
Lənkəran" şəhər stadionu.
18:00. “Sumqayıt” – “Qəbələ” - 0:2
Qollar: Aleksey Qay, 39 (0:1), Viktor Mendi, 41 (0:2)
Qırmızı vərəqə: Ruslan Tağızadə, 83 ("Qəbələ")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov
Sumqayıt şəhər stadionu
9 may (şənbə)
17:00. “Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Vüsal Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.