“Qəbələ” avrokubok üçün seçimini etdi

“Qəbələ”nin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Bu haqda Newsport.az saytına klubun meneceri Səməd Nəsibovun məlumat verib.

UEFA-ya Qəbələ və Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionları sifariş olunub.

Onun sözlərinə görə, komanda ilk iki təsnifat  mərhələsinin ev oyunlarını Qəbələ şəhər stadionda keçirə bilər. Ancaq "qırmızı-qaralar” növbəti mərhələyə yüksəlsə, rəqibini T.Bəhramov adına stadionda qəbul edəcək. Buna səbəb Qəbələ şəhər stadionun Avropa standartlarına tam cavab verməməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right