“Qarabağ”dan yeni transfer – Qurbanov təsdiqlədi

“Qarabağ” yeni transfer həyata keçirməyə hazırlaşır.

Newsport.az-ın xəbərinə görə, bu haqda jurnalistlərə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakı “İnter”inin sol cinah müdafiəçisi Azər Salahlı ilə razılığa gəliblər. Bu futbolçu ilə yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, A.Salahlı eyni zamanda Azərbaycanın U-21 millisinin kapitanıdır.

Əlavə edək ki, “Qarabağ”a keçdikdən sonra A.Salahlını Albaniya millisinin müdafiəçisi Ansi Aqolli ilə çətin rəqabət gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right