Kamran Ağayev imtahan üçün Bakıya gəldi

Azəbaycan millisinin və Türkiyənin birinci liqa təmsilçisi “Kayserispor”un qapıçısı Kamran Ağayev Bakıya gəlib.
 
Newsport.az-ın məlumatına görə, hazırda zədəli olan qolkiperimizin Azərbaycanda olmasına səbəb imtahanlara hazırlaşmasıdır. 
 
Belə ki, Ağayev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur və o, bu il dövlət imtahanı verməlidir. Komandasının 2 günlük istirahətə buraxılmasından yararlanan Ağayev məhz dövlət imtahanı üçün ölkəyə gəlib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right