"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədovun müshaibəsi.
- Nə baş verdi "Bakı" ilə oyunda xal qazana bilmədiniz?
Olur belə şeylər. Cavan futbolçularda stabillik çatışmır. O cəhət isə təcrübə ilə gəlir. Ancaq təcrübəli futbolçulardan razı qaldım.
- Sanko "gərək hamı mübarizə apara ki, nəticə də ola" - açıqlamasını vermişdi. Sizcə, bu söz kimlərə şamil olunur?
Düzdü, həmin matçda bir neçə futbolçu demək olar ki, oynamadı. Daha doğrusu oynadılar, potensiallarında n aşağı.
- Konkret olaraq hansı futbolçulardan razı qaldınız?
Alfred Sanko, Rahid Əmirquliyev, Skarlatake, Tounkara..
- Autsayder "Bakı"ya məğlubiyyət komandaya pxisoloji cəhətdən təsir etməmiş olmaz. Komandanı lider "Qarabağ"la matça necə kökləyəcəksiz?
Lider klublarla oyuna komandanı kömkləmək daha asandı. Bundan əlavə doğma meydan amili də köməyimiz olacaq. İnşAllah yaxşı olar.
- Komandanın iddiası olmadığından futbolçuları oyunlara kömkləmək çətin deyilmi?
Motivasiya hər oyuna var, əsasən gənc futbolçulara. Hər turdan tura həm Premyer liqa təcrübəsi və yeni mövsüm komandası üçün özlərinə yer etmək.
- Yayda hansı futbolçularla yollarınızı ayırmağı planlaşdırırsız?
Mövsümün sonunda hər şey bəlli olacaq. İndiki durumda tam qərar verilməyib. Futbolçularla söhbətdən sonra buna qərar verəcəyik. (idmanxeber.com)