"Xəzər Adaları"nın baş məşqçisi Elnur Qəmbərov istefaya göndərilib.Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Orxan Hüseynovla əlaqə saxladıq.
Newsport.az-a açıqlamasında klub rəsmisi məsələyə belə münasibət bildirib:
"Klubun sahibi İbrahim Nehrəmli dünən gecə saatlarında klubun icraçı direktoru ilə dnaışanda əsəbi olub. Səbəbi şəxsən mənə aydın deyil. Əsəbi halda deyib ki, Elnur istefasını yazsın, getsin. Onun tədbirə qatılmamasının səbəbi isə şəxsi görüşünün olması ilə əlaqədardı.Hələki ortada rəsmi qərar yoxdu".