Rövnəq Abdullayev Blatterlə görüşdü FOTOLAR

Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb.

Newsport.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FİFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə FİFA-nın baş katibi Jerom Valke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.









Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right