Azərbaycanlı baş məşqçiyə sərt cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Suşa Qarabağ" klubunun baş məşqçisi Nadir Qasımov cəzalanıb. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan birinci divizionunun 26-cı turunda "Qaradağ Lökbatan"la matçda hakimlər briqadasını təhqir etdiyinə görə baş məşqçi beş oyun cəzalanıb, klub 500 manat cərimə olunub.

Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görülməsi qərara alınıb.

1:1 hesabı ilə başa çatan qarşılaşmanın baş hakimi Xəlil Xəlilov olub. İntizam Komitəsi Hakimlər komitəsinə referi haqqında lazımı ölçü götürüb məlumat verməyi də tapşırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right