“Keşlə” legioneri ilə müqaviləni pozdu

“Keşlə” klubu futbolçusu Aleksandr Kristovao ilə müqaviləyə birtərəfli qaydada xitam verib.
 
Newsport.az xəbər verir ki, anqolalı hücumçu artıq paytaxt təmsilçisinə məxsus deyil.
 
Bu barədə klubdan "Report"a verilən məlumatda bildirilir. Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard "Keşlə"dən FIFA-ya şikayət edib. Klub da öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub.
 
Məsələnin mart ayından tez həllini tapmayacağı bildirilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right