Millimizin qapıçısı "Qəbələ"də

"Qəbələ" artıq yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

Son vaxtların ən uğurlu komandası millimizin üzvü, "Sumqayıt"ın qapısını qoruyan Andrey Popoviçi transfer etmək istəyir. Millimizin üzvü artıq "Qəbələ" ilə razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Newsport.az-a açıqlamasında Popoviç transferindən danışıb: 

"Popoviç baş məşqçimizin transfer siyahısında ilk yeri tutur. Bu keçid hələ tam həll olunmayıb. Ətraflı məlumat ancaq keçid rəsmiləşdikdən sonra veirləcək".

Əzizov içki aludəçisi olan qapıçının son klublarından məhz bu amçilə görə qovulmasının onları qorxutmadığını bildirib:

"Bu haqda heç nə danışmaq istəmirəm. Bu amil yekun qərarı müəyyənləşdirəcək məqam olayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right