"Simurq"un çöküşü davam edir:4 fubolçu Zaqataladan getdi

Maliyyə problemləri ilə üzləşən Zaqatalanın "Simurq" klubu daha 4 futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.

Onun sözlərinə görə, gedənlərdən 2-si keniyalı Patrik Osiako ilə xorvatiyalı Stepan Polyakdır. V.Əliyev legionerlərlə yanaşı, milliləşdirilmiş müdafiəçi Əli Gökdəmir və hücumçu Cihan Özkaranın da Zaqatala təmsilçisinin heyətində forma geyinməyəcəyini bildirib. 

Qarşıdakı günlərdə daha bir neçə futbolçunun komandadan gedəcəyi istisna deyil.

Qeyd edək ki, daha öncə Benjamin Lambot "Simurq"la yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right