U-19 Liqasının qalibləri mükafatlandırıldı

"Bayıl Arena"da AFFA-nın təşkil etdiyi U-19 qızlar Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Newsport.az-ın məlumatına görə, tədbirdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales, Təhsil İdman Məktəbinin direktoru Pirəli Rəhimov və Real SD komandasının rəhbəri Mehkan Kərimov iştirak ediblər.

U-19 qızlar Liqasının qalibi Real SD komandası olub. 2-ci yeri Zaqatala, üçüncü pilləni isə Sumqayıt komandası tutub. Liqanın ən yaxşı futbolçusu Aysun Əliyeva (Real SD) seçilib, bombardir isə Zaqatala komandasının üzvü Sevinc Cəfərzadə olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right