Viktor Mendi: “Çox xoşbəxtik ki, sona yaxın bərabərlik topunu vurduq"

“Çox gözəl oyun alındı. “Qarabağ” çempionatın ən güclü klublarından biridir. Belə çətin rəqiblə matçdan bir xal almaq yaxşı nəticədir”.

Bu sözləri 
Newsport.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Viktor Mendi “Qarabağ”la oyundan (1:1) sonra deyib.


Məğlub olmadıqları üçün sevindiyini bildirən seneqallı hücumçu rəqib qapısına təyin olunan mübahisəli  penalti epizodundan da danışıb: 

“Çox xoşbəxtik ki, sona yaxın bərabərlik topunu vurduq və məğlub olmadıq. Penalti epizoduna gəldikdə isə hakim doğru qərar verdi. Rəqib komandanın qapıçısı həqiqətən də məni itələmişdi. Heç bir etiraza gərək yoxdur. Layiq olduğumuz bir xalı qazandıq. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Gələcək oyunlarda da yaxşı nəticələr qazanacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right