Rəşad Sadıqov-"Futbolda hər şey ola bilər"

"Oyunun ağır keçməsinə baxmayaraq, bizə sərf edən nəticəni əldə etdik. Səfərdə bərabərlik heç də pis nəticə deyil. Ancaq matçın heç-heçə ilə bitəcəyini gözləmirdik".

Bu sözləri Newsport.az-a "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Qəbələ" ilə matçdan (1:1) sonra deyib.

O, bərabərsəviyyəli oyunun keçdiyini söyləyib:

"Bir top fərqi ilə irəlidə olduğumuz zaman rəqib hücumlarını kəskinləşdirdi. Onlar standart vəziyyətdən təhlükə yaratmağa çalışırdılar.  "Qəbələ"ni son bir neçə oyunda məğlub edə bilməməyimizin xüsusi səbəbi yoxdur. Ötən mövsüm də "Simurq"a qalib gələ bilmirdik. Qriqorçuk yaxşı məşqçidir. Rəqibləri yaxşı analiz edirlər".

R.Sadıqov qapılarına təyin olunan penalti epizodu haqda heç nə demək istəmədiyini vurğulayıb:

"Futbolda hər şey ola bilər. Artıq diqqətimizi növbəti oyunlara yönəldəcəyik. Çalışacağıq ki, "Xəzər Lənkəran"a qarşı matçda yaxşı nəticə əldə edək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right