“Maraqlı oyun oldu. Qalib gəlmək istəyirdik. Lakin yaxşı komandaya qarşı matçda bir xal qazandıq. Son vaxtların ən ideal komandasına qarşı oynayırdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Qəbələ" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
O, qarşılaşma ərzində çoxlu səhvlərə yol verdiklərini söyləyib:
"Son dəqiqələrdə qol buraxdıq. Futbolun gözəlliyi də budur".
Q.Qurbanov hakimlik haqda da danışıb:
"Hakimlərin gərgin oyunda buraxdığı bir-iki səhv bir qədər müzakirə olundu. Məni belə görməyə alışmamısınız ? (oyunun hakimi Elvin Əsgərovun "Qarabağ"ın qapısına penalti təyin etməsi ilə bağlı qərarına sərt şəkildə narazılığını bildirməsini nəzərdə tutur - red) Bir qədər də belə görmək sizin üçün maraqlı olar. Düşünürəm ki, bu matçı unudub, qarşıdakı ağır oyunlara hazırlaşmalıyıq”.