“Qələbəyə ehtiyacımız vardı"-İbrahim Uzunca

“Qələbəyə ehtiyacımız var idi. Ardıcıl oyunlarda uğursuzluğa düçar olurduq. Amma biz komandaya, futbolçulara inandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 32-ci turunda "Xəzər Lənkəran"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O bildirib ki, çətin oyunlardan sonra futbolçularının nə vaxtsa qələbə qazanacağı gözlənilən idi:

"Xüsusən də, son 3 oyunda sərgilədiyimiz futbolla uğur qazanacağımıza inanırdım. Meydançada 10 nəfər qalandan sonra müəyyən mənada çətinliklərimiz oldu. Amma sonda qalib gələ bildik. Qələbəyə görə oyunçularıma təşəkkür edirəm”.

PFL.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right