Bildiyiniz kimi bir neçə gün öncə "El Cezire Türkiyə"nin idman müdiri Barış Kuyucu "Qarabağ" haqqında yazı yazmışdı.
Newsport.az-ın məlumatına görə, bu dəfə isə "LİG TV"nin xəbər müdiri Aybars Hünalp "Qarabağ" haqqında yazıb. Aybars bəy Bakı haqqında təəssüratlarını və "Qarabağ" haqqında müşahidələrini qeyd edib. Türkiyəli idman yazarı eyni zamanda "Qarabağ" - "Neftçi" oyununu izlədiyini bildirib, Azərbaycan futbolu haqqında düşündüklərini qələmə alıb.
