"Sumqayıt"ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad "Neftçi" ilə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Matçla bağlı nə deyəcəksən?
- Birinci hissə yaxşı oynadıq. Ancaq ikinci yarıda pis oynadıq. Ona görə də matç 2:2 bitdi.
- Nəzərə alaq ki, “Neftçi” meydanda on nəfərlə qalmışdı. Qələbəyə mane olan nə idi?
- Biz bir az boşaldıq. Buna səbəb də rəqibin meydanda 10 nəfərlə qalması idi. Halbuki fasilədə “razdevalka”da uşaqlarla danışmışdıq ki, kompakt oynayacağıq, boşalmaq olmaz. Alınmadı.
- Qələbəni gətirə bilərdin. Son dəqiqələrdə vurduğu topu Erik Ramos qapı xəttindən çıxardı...
- Hə, həmin epizodda bəxtim gətirmədi.
- "Sumqayıt”ın fiziki durumu çox zəif görünürdü. Səbəb nə idi?
- Yox, mən belə düşünmürəm.
- Klubun səni cəzalandırmağı sənin üçün düşərli olub deyəsən. Çünki oyununda da yüksəliş hiss olunur..
- Məşqlərə davam edirəm. İnşallah hər şey daha yaxşı olacaq.
- Millimizin qarşıda Serbiya ilə yoxlama və Norveçlə seçmə mərhələ oyunu var. Robert Prosineçki də açıqlamasında bildirib ki, “Neftçi”dən oyunçu çağırmayacaq. Gözlənilən budu ki,xorvat məşqçi “Sumqayıt”dan oyunçular dəvət etsin. Sən özü gözləyirsən?
- Yox, gözləmirəm. Özüm öz işimi görürəm. Çağıracaq ya çağırmayacaq onu zaman göstərər.
- Dəvət gözləməməyinin səbəbi nədi? Öz durumundan narazısan yoxsa “Sumqayıt” turnir cədvəlində aşağı pillələrdə gedir deyə belə düşünürsən?
- Özüm hazırkı vəziyyətimdən razı deyiləm. Ona görə deyirəm.