Arif Əsədov: "İslahatlar həyata keçirməyin vaxtıdır"

“Neftçi” “Sumqayıt”ı məğlub etməli idi. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı  klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb".

Newsport.az-ın məlumatına görə, "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la matçdan (2:2) sonra fikirlərini bildirərkən deyib.

Çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

"Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı matçlar sizin üçün imtahandır. Onlar “Neftçi”də qalmağa layiq olduqlarını  sübut etməlidirlər”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right