Son vaxtlar futbol mediasında “sayt açılımı” səngimişdi.
Newsport.az-ın məlumatına görə, bu sükut həmkarımız Səxavət Salmanlı tərəfindən pozuldu. Bundan sonra www.news-goal.com ünvanında həm yerli, həm də dünya futboluna geniş yer veriləcək "News-goal.com" saytı fəaliyyət göstərəcək.
Peşəkar kollektivin çalışdığı saytda Azərbaycanda ilk dəfə "Fantasy Football" oyunu oynamaq mümkündür.
Saytın yaradıcısı bildirdi ki, indiyədək "Fantasy Football" oyununda qalib olan iştirakçılara 600 manatdan çox mükafat verilib. Növbəti mövsümdə "Toyota Corolla" avtomobili uduşa qoyulacaq.