Millimizin baş məşqçisi-"Azərbaycana gəlməkdə əsas məqsədim..." MÜSAHİBƏ

Çimərlik ftubolu üzə millimizin baş məşqçisi JOSE MİGUEL MATEUSUN Newsport.az-a müsahibəsi

- İlk öncə Azərbaycan haqqında düşüncələrinizi öyrənmək istərdik.

- Azərbaycana dəvət aldıqda ölkəniz haqqında heç bir məlumatım yox idi. Sonradan Azərbaycan haqqında araşdırdım və gözəl mədəniyyətə, mentalitetə sahib olan ölkə olduğunu öyrəndim. Mənim bura uyğunlaşmağım çətin olmadı. Azərbaycan xalqı çox qonaqpərvərdir. Həm də ölkəniz bütün sahələrdə potensiyalı olan ölkədir.

- Düşündüyünüzdən fərqli qarşılaşdığınız heçnə olmadı?

- Demək olar ki yox. Yaxşı idmançılar çoxdur. Amma onlarda biraz özünəinam problemləri var. Azərbaycana legioner gəlirsə onlar da başqa ölkələrdə gedib oynaya bilər. Demək istəyirəm ki, onlar gələcəkdə daha böyük klublar haqqında fikirləşməlidir.

- Məşqçi karyeranıza baxdıqda çox zəngin görünür. Nəzərə alsaq ki, bizim ölkəmizdə çimərlik futboluna maraq çox azdır. Azərbaycanı seçməkdə məqsədiniz nə idi?

- Azərbaycana gəlməkdə əsas məqsədim yaxşı layihə təklif olunması idi. Bir də komandanı Avropa oyunlarına hazırlamaq. Bizim fikirlərimiz o idi ki, orta məktəblərdə çimərlik futbolunun təbliğini aparıb insanlar arasında maraq yaratmaqdır. Mən gürürəm ki, AFFA və AÇFF bu idman növünün Azərbaycanda inkişafına maraqlıdır.

- Sizcə nəzərdə tutulan inkişafa nail ola biləcəksiniz?

- Nəticə çox vacibdir. Amma bu barədə nəsə danışmaq hələ tezdir. Ən azından söz veririk ki, azarkeşlərə gözəl oyun göstərəcəyik. Avropa oyunlarından sonra məncə bu inkişafa nail olacağıq.

- Saytımıza müsahibəsində Elxan Məmmədov bildirdi ki, çətin olacağını düşünürük amma Avropa oyunlarında komandamızdan 3-cü yer tutmasını istəyirik.

- 3-cü yer çox çətindir. Çünki Avropa oyunlarında İspaniya, İtaliya, Rusiya, Brazilya, Portuqaliya, İsveçrə kimi ölkələrlə mübarizə aparmalı olacağıq. Qarşımızda duan əsas məqsəd nətiə göstərmək və yaxşı oyun sərgiləməkdir. Meydançada bizim üçün hamı eynidir. Rəqibin reytinginə önəm verməyəcəyik.

- Bildiyimizə görə milli komandanın heyətində fudzalçılarda var. Nəzərə alsaq ki, fudzal və çimərlik futbolu fərqli idman növü olduğu kimi fərqli sistemidə var. Sizcə onlar nə dərəcədə sərfəli olacaq komandamız üçün?

- Bəli, fəqli cəhətlər çoxdur. Amma biz həmin idmançılara çimərlik futbolunun bütün qaydalarını başa salmışıq. Bu idman növündə topu daha çox göydə saxlamaq lazımdır ki, çox güc sərf etməyəsən.Onlara biz oyunun bütün xüsusiyyətini göstərmişik.

- Heyəti toplamaqda problem yaşamadınız?

- Problemlərimiz oldu. Çünki Azərbaycanda Çimərlik futbolu inkişaf etməyib və lazımı qədər idmançılar yoxdur.

- AFFA- nın qarşısına hansısa tələb qoyulacaqmı çempionatların təşkili ilə bağlı?

- Bizim bu barədə proyektimiz var və federasiya ilə danışmışıq. Eyni zamanda bəzi futbol komandaları ilə də danışıqlar aparırıq ki, onların çimərlik futbolu komandaları da olsun. Bu barədə razılıq əldə etmişik də. İlk razılığı da “Neftçi” klubundan almışıq. Keçən il bir proyekt hazırladıq amma təəssüf ki, alınmadı. İstəyirdik ki, Azərbaycanda olan profesional çımərlik futbolu ilə məşğul olan idmançıları bölək klublara. Onlar da öz təcrübələrini öyrətsinlər.

- Azərbaycanda olan qumun vəziyyəti necə sizi qane edirmi?

- Yox problemlər var. “Dalğa” stadionundakı qimla tanış oldum. Çox pis vəziyyətdə idi. Federasiya qarşısında məsələ qaldırdım və dəyişdilər. İndi biraz yaxşıdır. Təzə qum gətiriləcək və inanıram ki, bu yaxşı olar.

- Hal hazırda komandada oynayan futbolçulardan gələcəkdə hansısa bu sahədə məşqçi işləyə bilər? Belə potensiyalı olanlar var?

- Uzun müddətdir Azərbaycandayam və onlar mənimlə birlikdə təcrübə keçirlər. Onların yaxşı şansları var ki, mənim gördüyüm işlərdən nələrisə öyrənsinlər. Ümumilikdə isə qeyd edərdim ki, belə idmançılar var. Məşqçi olmaq üçün idmançılar ilk öncə bu idman növünü sevməlidir. Məndə əlimdən gələni edirəm ki, təcrübəmi idmançılara öyrədim.

- Konkret hansısa idmançının adını çəkə bilərsiniz Azərbaycanda davamçınız kimi?

- Konkret kiminsə adını çəkə bilmərəm. Amma belə bacarıqlı idmançılar çoxdur.

- Elxan Məmmədov bildirmişdi ki, Avropa oyunlarının ən diqqət olunacaq idman növü Çimərlik Futbolu olacaq. Bu sizdə əlavə məsuliyyət yaratmır?

-Mən üzərimdə məsuliyyət olmasını sevirəm. Keçən il biz B dvizyonunda ikinci olduq. Keçən il idmançılarımızdan Sabir Allahquliyev Dünya çempionaının seçmə mərhələsinin ən sərrast 5 futbolçu arasında oldu. Moskva Avroliqasinda ən baxımlı qol Amid Nəzərov tərəfindən vuruldu. Yəni bütün bu uğurlar o məsuliyyətdən irəli gəlirdi.

- Son olaraq sizə Azərbaycana dəvət olunanda verilən vədlər yerinə yetirilirmi?

- Hər şey qaydasındadır. Hər bir şərait yaradılıb bizim üçün. Biz də gəldiyimiz vaxtdan bu günə kimi əlimizdən gələni edirik ki, uğur qazanaq.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right