"Neftçi" "Sumqayıt"la bacarmadı, "Simurq" uduzdu

Bu gün Azərbaycan Premyer Liqasının 32-ci turun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçı Zaqatalada baş tutub. Burada yerli "Simurq" klubu "İnter"i sınağa çəkibr. Çempionluq iddialarını davam etdirən "İnter"i bu görüşdə yalnız qələbə qane edəcəkdi. Fasiləyə 3:2 hesabı ilə öndə yollanan Kaxaber Sxadadzenin komandası ikinci hissədə də üstünlüyünü qoruyub - 3:2. Səfərdən üç xalla dönən "İnter" çempionluq uğrunda mübarizəsini davam etdirir. 

Günün son qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Premyer Liqada 32-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

1 may (cümə)

Azərbaycan Premyer Liqası, 32-ci tur

20:00. “Neftçi” – “Sumqayıt” - 2:2 
Qollar: 
Slavik Alxasov, 10 (0:1), Nikolas Kanales, 14 (1:1), Məhəmməd Qurbanov, 18 (1:2), Samir Məsimov, 86 (2:2)
Qırmızı vərəqə: Nikolas Kanales, 45 ("Neftçi")
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov
8-ci km qəsəbə stadionu.

17:00. “Simurq” – “İnter” - 2:3
Qollar: 
Arif Daşdəmirov, 2 (0:1), Samir Zərgərov, 8 (1:1), Vadim Abdullayev, 22 (2:1), Mikel Alvaro, 37 (2:2), 43 (2:3) 
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu.

 

2 may (şənbə)

17:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər:
 Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər:
 Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev
Qəbələ şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right