Qurban Qurbanov "Neftçi"nin əsas futbolçusun istəyir

"Qarabağ” "Neftçi”nin futbolçusuna göz dikib.
Newsport.az-ın məlumatına görə , Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "flaqman”ın aparıcı üzvü Araz Abdullayevlə maraqlanır. Verilən məlumata görə, milli komandadan yaxşı münasibətləri olan "Qarabağ”ın kapitanı Rəşad Sadıqov da Arazı komandalarına gətirməyə səy göstərir. Çünki Araz Rəşadı dinləyir. Hazırda ölkənin ən istadadlı futbolçu olaraq qiymətləndirilən Araz Abdullayev indi pis mövsüm keçiri. Hətta iş o yerə çatıb ki, millimizin baş məşqçisi Robert Prosineçki "Neftçi”dən heç bir futbolçunu milliyə dəvət etməyə layiq bilmədiyin açıqlayıb.
 
"Neftçi”nin son iki mövsümdə uğursuz çıxışı və milli komandadan kənarda qalma məqamları Arazı düşünməyə vadar edib. Mənbə bildirir ki, Abdullayev "Neftçi” rəhbərliyi ilə bu barədə danışıb da. Əgər rəhbərlik komandadan getməyə razılıq versə, o zaman Abdullayev "Qarabağ”a keçəcək.
 
Arazın "Neftçi”dən getməsini şərtləndirən başqa bir məqam da var. İç ondadır ki, klubun son prezidenti Sadıq Sadıqovun sevimli futbolçusu olan Abdullayev məhz S S-ə görə gələn bütün təklifləri geri çevirərək heyətdə qalmışdı. Sadıq müəllimin komandadan ayrılmasından sonra isə Araz Abdullayev də "Neftçi”dən getməyi qətiləşdirib. Üstəlik, son zamanlar ehtiyatda qalması da onu razı salmır. Ən yaxşı variant isə hazırda ölkənin ən güclüsü olan "Qarabağ”dır. Ağdam klubu da məhz bu amilə önə çəkərək Arazın razılığın ala bilib.(Goal.az)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right